!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“BakuBus” MMC-də HƏRC-MƏRCLİK: Elnur Qarayev yüz sürücünü niyə cəzalandırdı? - ŞİKAYƏT

!Reklam – Yazi

“BakuBus” MMC-nin rəhbərliyi Prezidentin Administrasiyasına şikayət edən 100 sürücünü cəzalandırıb.

“BakuBus” MMC-də sürücülərin hüquqları pozulur, haqsızlıqla üzləşən sürücülər heç kim tərəfindən dinlənilmir, narazılıqları nəzərə alınmır. Çatışmazlıqları bildirən sürücülər isə cəzalandırılır. Bu barədə “Yeni Çağ”a daxil olan məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, sürücülər bir çox hallarda Cəmiyyətin özü tərəfindən yaradılan problemlərdən əziyyət çəkirlər. Məsələn, xəttə nasaz, kondisioneri işləməyən avtobuslar buraxılır. Sərnişinlər tərəfindən buna görə sürücülər ittiham olunur, onlarla mübahisə edirlər. Sərnişinlərlə mübahisə etdiklərinə görə isə sürücülər cəzalandırılırlar. Onlar xəbərdarlıq və töhmət alır, əmək haqqlarından tutulur, işdən çıxarılırlar. Mübahisənin baş vermə səbəbləri isə araşdırılmır. Belə hallar da olduqca çoxdur.

Bununla yanaşı, heç bir günahı olmayan sürücülərin işdən kənarlaşdırılması Cəmiyyətdə adi hal alıb. Məlumatda buna misal olaraq bildirilir ki, sürücü Etibar Əliyev heç bir nöqsana yol vermədiyi halda, “BakuBus” MMC-dən kənarlaşdırılıb. Lakin həmin sürücü məhkəmənin qərarı ilə işə bərpa edilib. Amma o, bir müddət sonra müqavilə müddətinin bitməsi əsas gətirilərək yenidən işdən uzaqlaşdırılıb.

Məlumatda bildirilir ki, baş verən qanunsuzluq və haqsızlıqlarla, eləcə də  Cəmiyyətin rəhbəri Elnur Qarayevin qanunazidd əməlləri ilə bağlı 2022-ci ildə 100 sürücü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət ərizəsi ilə müraciət edib. Bundan xəbər tutan Cəmiyyətin rəhbərliyi isə onlara qarşı təzyiq göstərməyə başlayıb. Həmin sürücülərin hamısından şikayət ərizəsindən imtinaya dair yazılı iltizam alınıb.

Məlumata əsasən, sürücülərin narazılıqlarına baxmayaraq, onlara qarşı qanunsuzluq və haqsızlıqlar səngimək bilmir. Sürücülər demək olar ki, bütün işlərdə incidilirlər. Misal üçün, sürücünün əmək haqqında tutulma varsa, o, bunun səbəbini öyrənmək üçün mütləq Cəmiyyətə gəlmək məcburiyyətində qalır. Çünki sürücülərin telefon zənglərinə Cəmiyyətdə cavab verilmir. Halbuki sürücü bunun səbəbini telefon vasitəsilə asanlıqla öyrənə bilər.

Məlumatda qeyd edilir ki, “BakuBus” MMC-də sürücülərə qarşı baş verən qanunsuzluq və haqsızlıqlar onların sərt addımlar atmasına səbəb ola bilər. Ona görə də, müvafiq qurumlar bu məsələyə ciddi yanaşmalı və müvafiq tədbirlər görməlidir.

 

 

 

www.yenicag.az

822
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv