Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Balaca şlaqbaumun böyük problemi - Binədəki qəzadan dərs çıxarmayanlar

Oktyabrın 1-də Binədə sərnişin avtobusunun qatara çırpılması ilə nəticələnən dəhşətli hadisə zamanla unudulsa da, hələ də mövcud problemlər həllini tapmayıb.

Yenicag.az xəbər verir ki, Bakının Bakıxanov qəsəbəsindən keçən dəmiryolunda qoyulan şlaqbaumlar bunu deməyə əsas verir.

Məsələ burasındadır ki, gödək şlaqbaumlar yolu tamamı ilə bağlamağa bəs etmir. Belə olan halda sürücünün diqqətsizliyi ona və maşınında daşıdığı sərnişinlərə canları hesabına başa gələ bilər.

Görünür, Binədə baş verən qəza “Azərbaycan Dəmir Yolları” QSC sədri, deputat Cavid Qurbanov və onun işçiləri üçün dərs olmayıb. Binədəki qəzada sürücü hər nə qədər günahkar idisə, qısa şlaqbaumların ölçüsünü hələ də uzatmayanlar da bir o qədər məsuliyyət daşıyır.

Axı nəyə görə, inkişaf edən Azərbaycan bu məsələdə digər ölkələrdən geri qalmalıdır. Digər ölkələrdə hər ehtimalı nəzə alan dəmiryolçular şlaqbaumu davamlı materiallardan hazırlayırlar. Bizdə isə hələ də illər əvvəl quraşdırılan yarımçıq şlaqbaumlar qalmaqdadır. Görəsən, növbəti belə bir qəza baş versə, Cavid Qurbanovun işçiləri hansı bəhanə ilə məsuliyyətdən boyun qaçırmağa çalışacaqlar?

Emin Səfərov

www.yenicag.az

2362
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100