!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Balaca yaramazlar”, “Nümunəvi erkək”... - Aktyorluqdan prezidentliyə gedən yol - SİYAHI/VİDEO

!Reklam – Yazi

Nahaq yerə deməyiblər ki, siyasət həm də aktyorluqdur. Tarix sübut edib ki, böyük siyasətə aktyorluqdan adlayıb keçənlər də az olmayıb. Gəlin tarixi vərəqləyək. Aktyorluqdan prezidentliyə qədər yüksələn məşhur dövlət başçılarını yada salaq.

Yenicag.az həmin prezientlərin siyahısını təqdim edir:

Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti Ronald Reyqan (1981-1989) idman şərhçisi, kinoaktyor olub. O, Kino karyerası ərzində 54 filmdə çəkilib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Qvatemala aktyoru, prodüseri Cimmi Morales 2016-cı ildə seçkilərdə qalib gələrək ölkənin 50-ci prezidenti olub.

Kino aktyoru Joseph Estrada 1998-ci ildə Flippinin prezidenti olub. Kino aləmində istedadı ilə seçilən kinoaktyor 100-dən artıq filmdə baş rolda çəkilib.

2017-ci ildə Amerikanın prezidenti seçilən Donald Tramp da aktyorluq məharəti ilə kino aləmində ad çıxaran prezidentlərdən olub. ABŞ-nin 45-ci prezidenti 70 yaşlı biznesmen, şoumen, aktyor ilk gənclik illərindən karyerası barədə mühüm qərarlar verib. O, Hərbi Akademiyanı bitirdikdən sonra aktyor kimi fəaliyyət göstərib. Donald həmin illərdə ulduz olmaq sevdasına düşür və məşhurluq həvəsi ilə film məktəbinə də daxil olmaq istəyir. Lakin daşınmaz əmlak biznesi ilə aktyor karyerasını müqayisə edən Tramp biznesdən daha çox gəlir qazana biləcəyini anlayır və sonda biznesi seçməyə qərar verir. O, müxtəlif illər ərzində “Evdə tək”, “Nyu-York sərgüzəştləri”, “Balaca yaramazlar”, “Nümunəvi erkək” və digər filmlərdə və teleseriallarda epizodik rollarda çəkilib.

20 may 2019-cu ildən Ukrayna Respublikasının prezidenti seçilən Vladimir Zelenski də siyasətdən öncə şoumen, aktyor, rejissor, ssenarist, prodüser kimi fəaliyyət göstərib. Ölkəsində yumor ustası, aktyor və prodüser kimi məşhurlaşan Zelenski sonradan siyasətə meyil edib.

Cəvahir

www.yenicag.az

1178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv