Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Balakən sakini intihar edib

Balakəndə kişi intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə aprelin 4-ü axşam saatlarında rayon Qaysa kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Rəfayıl Əli oğlu Nuriyevin meyiti yaşadığı evin pilləkən qəfəsinin tavanından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. Araşdırma zamanı iki övlad atası olan 50 yaşlı Rəfayıl Nuriyevin intihar etməsi məlum olub. Məlumatda bildirilir ki, Rəfayıl Nuriyev son illər əsəb xəstəliyindən əziyyət çəkirib.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Yeniçağ.Az

Loading...

www.yenicag.az

520