!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Balakəndə fəaliyyət göstərən şərab evində nöqsanlar aşkarlandı

!Reklam – Yazi

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Balakən şəhəri, H.Əliyev prospekti, 58 b ünvanında fəaliyyət göstərən “Az-Granata” şərab evi pərakəndə satış mağazasında planlı yoxlama aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Mağazada çalışan işçi heyətin dövri tibbi müayinəyə cəlb olunmadığı, xüsusi geyimlə təmin edilmədiyi, eləcə də müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub. İstifadə müddəti bitmiş 12 adda qida məhsulunun satışının həyata keçirildiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb, istifadə müddəti bitmiş qida məhsullarının satışdan kənarlaşdırılması haqqında qərar qəbul edilib. Eyni zamanda, uyğunsuzluqların aradan qaldırılması sahəsində metodiki dəstək göstərilib.

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv