!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Balakəndə məsciddə yanğın oldu

!Reklam – Yazi

Balakəndə məsciddə yanğın olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Meşəşambul kəndində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb.

Hadisə nəticəsində ibadət zalında 2 ədəd döşək, 4 ədəd yastıq və döşəmənin 12 kvadratmetrlik hissəsinin yanar konstruksiyası yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv