!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Balakəndə oğul atasını öldürüb çaya atdı - TƏFƏRRÜAT / VİDEO

!Reklam – Yazi

Dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Qəhrəman İlyas oğlu Bayramovun kəsici alətlə qətlə yetirməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, atasını qətlə yetirməkdə şübhəli bilinən yeniyetmə Cavid Bayramovun törətdiyi qətlin təfərrüatı məlum olub.

Belə ki, hadisə şahidi olan qonşu Adil Qarakişiyev bildirib ki, Cavidin ailəsi ilə problemi olmayıb. Onu tərbiyəli şəxs kimi tanıyıblar.

Mərhumun bacısı Zəminə Bayramovanın sözlərinə görə isə, qardaşını balta ilə öldürdükdən sonra meyitini rayon ərazisindəki Mazımçaya atıblar.

Qeyd edək ki, mərhum Qəhrəman Bayramov bir neçə gün öncə həbsxanadan çıxıbmış.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv