!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baldıza yazılan mesaj məsələsi qanla bitdi - Ölən və yarlanan var

!Reklam – Yazi

Adanada dəhşətli atışma baş verib.

Yenicag.az Türkiyə KİV-nə istinadən bildirir ki, 26 yaşlı Həmdullah G. sosial şəbəkədə baldızına mesaj göndərdiyi iddiası ilə 24 yaşlı Adem E. ilə mübahisə edib.

Onların mübahisəsi qısa müddətdə davaya çevrilib. Həmdullah G. özü tapança ilə atəş açıb.

Bunun üzərinə Adem E.-nin əmisi oğlu Cəlal E. (31) evdən gətirdiyi ov tüfəngi ilə Həmdullah G.-yə atəş açıb. Silahdan çıxan saçmaların (qırmalar) sinəsinə dəyməsi nəticəsində ağır yaralanan Həmdullah G. qanlar içində yerə yıxılıb.

Hadisəni törədən şəxslər olay yerindən qaçıblar.

Ətrafdakıların xəbəri ilə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. İlk müdaxiləsindən sonra təcili yardımla yaxınlıqdakı özəl xəstəxanaya aparılan Həmdullah G.-ni bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Cinayət bürosu əməkdaşları hadisəni törədən şəxsləri tutmaq üçün əməliyyatlara başlayıb.

Ətrafdakı təhlükəsizlik kamerası görüntülərini araşdıran polis əməkdaşları Adem E. ilə əmisi oğlu Mehmet E. (33) və Həsən E.’nin (27) Həmdullah G.-ni döydüyünü, Cəlal E.-yə isə ov tüfəngi ilə atəş açdığını təyin edib.

Polis əməkdaşları onların ünvanlarına eyni vaxtda basqın edərək şübhəliləri yaxalayıb.

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv