!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Balkan teatrında YENİ “PƏRDƏ”: “Kosovoya hücum olsa, NATO Serbiyanı bu dəfə...”

!Reklam – Yazi

“Serbiya Kosovonu güc tətbiqi ilə nəzarətə götürməyə cəhd etsə, bu, onun üçün faciə ilə nəticələnəcək”.

Bu fikirləri Serbiyanın Kosovo üzərində nəzarəti hərbi yolla bərpa etmək imkanlarını dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Serbiyanın Kosovoya hərbi müdaxiləsi onun üçün faciə ilə yekunlaşacaq:

“Belə bir ehtimal yoxdur. Serbiyanın Kosovonu hərbi yolla öz tərkibinə qaytarması qeyri-mümkündür. Bildiyiniz kimi, NATO dövlətləri də daxil olmaqla, dünyanın yüzə qədər ölkəsi Kosovonun müstəqilliyini tanıyıb. Bu, onun üçün çox ciddi beynəlxalq təminatdır.

Mövcud vəiyyətdə Serbiya Kosovonu güc tətbiqi ilə nəzarətə götürməyə cəhd etsə, bu, onun üçün faciə ilə nəticələnəcək. Vaxtilə NATO-nun öz planlarını həyata keçirmək üçün Belqradı necə bombaladığını hamı xatırlayır. Ona görə də Kosovoya hücum həmin ssenarinin təkrarlanmasına yol açacaq.

NATO Serbiyaya nəinki o imkanı verməyəcək, hətta onu şirnikləndirərək, Kosovonu rəsmən tanıyacağı təqdirdə, Avropa İttifaqına qəbul olunacağını vəd edir. Ona görə də Serbiyanın Kosovoya hərbi müdaxiləsi tamamilə istisna olunur”.

A.Zeynalov

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv