!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Balkanlarda Türk möhürü: Köstəncədəki möhtəşəm tədbirdən QEYDLƏR - Tənzilə Rüstəmxanlı - FOTOLAR

!Reklam – Yazi

Burda yaşayan türklərin yüzillərlə dilini və dinini, milli kimliyini qoruyub saxlaması böyük bir mücadilədir.

Sentyabrın 21-dən 23-dək Rumıniyanın Köstəncə şəhərində Cumhuriyyətin 100 illiyində “Balkanlarda türk qadını” mövzusunda elmi-nəzəri simpozium keçirildi. Avropanın və Türkiyənin nüfuzlu alimlərinin, ictimai-siyasi və dövlət xadimlərinin qatıldığı toplantıda Azərbaycan Türkiyə Evinin (ATEV) sədri olaraq mən də iştirak edirdim.

2004-cü ildən Balkan Qadınları Qurultayına qatılıram və Azərbaycanın Qarabağ məsələsini, Xocalı soyqırımını gündəmə gətirirəm. Onlar Azərbaycanı çox sevirlər və acımızı paylaşırlar.

Bu ildəki Simpoziumda “Cumhuriyyətin 100-cü ildönümündə Türk qadını” mövzusunda çıxış etdim. Çıxışımda dedim ki, “Bu gün Balkanlarda 2 milyona yaxın insan türk dilində danışır və türk dilini yaşadır. Türklər türkcənin Balkanlardakı varlığını qoruyur. Türkcə Balkanlarda yaşadılır.

Bölgədə ən çox türkdilli insan Bolqarıstanda və Rumıniyada yaşayır. Türklər bu ölkələrdə önəmli bir nüfuza malikdir. Rumıniyada iki böyük türk diaspor təşkilatı – “Türk Tatar Müsəlman dərnəyi” və “Rumıniya Demokratik Türk dərnəyi” fəaliyyət göstərir.

Burda yaşayan türklərin yüzillərlə dilini və dinini, milli kimliyini qoruyub saxlaması böyük bir mücadilədir və bu kimi tədbirlər soydaşlarımız üçün əvəzsiz mənəvi dəstək rolunu oynayır. Buna görə də tədbirin təşkilatçılarına, “Rumıniya Demokratik Türk dərnəyi”nin rəhbəri Fedbi Osman bəyə, Rumıniya Demokrat Türk Qadın Komissiyası Başqanı Melek Ahmet xanıma və müavini Nurcan İbrahimə, köhnə dostum və bu qurultaylarda çox əməyi olan Düriyyə xanıma, Dərya xanıma və əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Özəliklə illərdir yaxından tanıdığım Gülten Abdulla hocama verdiyi emeklərdən dolayı təşəkkür edirəm. Balkanlarda türk varlığı üçün mucadile eden böyük dava adamıdır bu zərif xanım.

Məhz bu insanların zəhməti hesabına bu gün Rumıniyada və bütövlükdə Balkanlıarda türk varlığı qorunub saxlanır. Mən Balkanlarda yaşayan türklərin həyatını öyrəndikdə bir daha əmin oldum ki, bir millətin varlığını hər şeydən öncə onun dilinin qorunması təmin edir. Türk anaları övladlarını öz dilində böyütdükcə, milli varlığımız da yaşayacaq.

Bu gün qloballaşan dünya şərtləri daxilində Balkanlarda yaşayan türk gəncliyinin dilini unutması müşahidə olunur və bu, təəssüf doğurur. Bu kimi tədbirlər və Türkiyə, Azərbaycan qeyri-hökumət təşkilatlarının burada yaşayan soydaşlarımıza dəstəyi bu prosesin durdurulmasına böyük yardım etmiş olar. Bu tədbiri həmin prosesin başlanğıcı saymaq olar.

Rumıniya dövləti səviyyəsində tədbirə böyük maraq göstərilmişdi və dövlət müşavirinin iştirakı təşkil edilmişdi. Belə yüksək səviyyəli tədbirin təşkilatçılarına ancaq xoş sözlər düşür və onlara uğurlar diləyirəm,onlar bizim insanımız, onlar Fatehin övladları, Balkanlardakı Türk Varlığının bekçiləridir Onlar.

Ne mutlu türküm diyene.

Tənzilə Rüstəmxanlı

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv