!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bank hesabından pul oğurlayan şəxs yaxalandı

!Reklam – Yazi

Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə martın 5-də Şəki rayon sakini S.İsmayıllının bank hesabından 483 manat məbləğində pulunun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş N.Cəbrayılzadə müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv