!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bank kartlarımızın təhlükəsizliyini necə qoruyaq? - VİDEO

!Reklam – Yazi

Bank ödənişləri və köçürmələrində rahatlığı təmin edən plastik kartlar bəzən vətəndaşlarda əlavə problemə yol açır. Misal üçün kartı itirdikdə və ya oğurlandıqda hesabdan vəsaitlər mənimsənilir.

Yenicag.az bildirir ki, kartı itən şəxs ilk növbədə müştərisi olduğu banka məlumat verməlidir ki, onun hesabı dondurulusun. Bundan sonra isə digər prosedur qaydalarını etməlidir.

Bu kimi halların qarşısını almaq üçün ən optimal variantlardan biri də 3d mühafizədir. Bu tətbiq vasitəsi ilə nağdsız ödənişlərinizi sms sorğu və təsdiq vasitəsi ilə edə bilərsiz. Yəni sizin kartınız itsə belə, ondan kimsə istifadə edə bilməyəcək.

İT mütəxəssis Anar İsmayılzadə: “Kartı “aplikeşın” və ya online bankomat sistemindən deaktiv edə bilmirsə, o zaman digər kartı varsa “cash” xidməti ilə bütün qalıq pullarını digər karta köçürə bilər. Bank işçiləri müştərilərə təhlükəsizliyi daha ətraflı öyrətməlidir”.

Ekspertlər deyir ki, onlayn ödənişlərin hara və necə sərf olunmasını müəyyən etmək çətin bir iş deyil. Şikayət olduqda bu araşdırılır.

Sabiq Polis rəisi Şəmsəddin Hacıyev bildirib ki, bu işlərin istintaqı ilə məşğul olan hüquqşünaslara xüsusi təlim keçmək lazımdır: “Onların sertifikatı olmalıdır. Hər müstəntiq bunu apara bilməz”.

Ekspert Teymur Baloğlanov da pul oğurlayanların şəxsiyyətini müəyyənləşdirməyin çox asan olduğunu vurğulayıb. “Çüki bütün bankomat kartları onu verən bank vasitəsi və informasiya sistemində öz əksini tapmaqla xərclənir”.

www.yenicag.az

5341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv