!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bank kartlarına artan TƏLƏBAT: "Bu, problemli kreditlərin sayına..."

!Reklam – Yazi

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2022-ci ilin iyun ayında may ayı ilə müqayisədə 225 min ədəd artaraq 12 milyon 244 min ədədə çatıb. Belə ki, 2021-ci ilin sonu ilə müqayisədə (6 ayda) ödəniş kartlarının sayı 1 milyon 204 min ədəd artıb. İyun ayında kredit kartlarının sayı 25 min ədəd artaraq 1 milyon 551 min ədədə yüksəlib.

Kredit kartlarına tələbatın artmasının əsas səbəbləri ilə bağlı bank məsələləri üzrə ekspert Əkrəm Həsənov öz fikirlərini Yenicag.az-la bölüşüb.Onun sözlərinə görə, indiki vəziyyətdə əksər insanlar maaşını bank kartı vasitəsilə alır, bu isə vətəndaşların bankdan nağd və ya nağdsız kredit almasına geniş imkan yaradır:

“Ümumiyyətlə, bank kartı vətəndaşın bank hesabından istifadəsinə yol açan bir alətdir. Bunun kredit və ya debet kart olmasının heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq kredit kartı daha rahatdır. Bu, bank üçün də rahatdır. Çünki müştərinin hesabına gələn vəsait kassa vasitəsilə verilmir. Eyni zamanda, vətəndaş karta gələn vəsaitdən nağd və ya nağdsız şəkildə daha rahat istifadə edə bilir. Komissiya haqqı isə bütün hallarda mövcuddur. Hətta nağd kreditlərdə də bank tərəfindən komissiya haqqı təyin olunur.

Vergi inzibatçılığının gücləndirilməsi və maaşların ağardılması prosesi fonunda bir çox şirkətlər əməkhaqqını bank kartı vasitəsilə verir. Bu, vətəndaşın rəsmi iş yerini göstərməklə kredit kartı almasını asanlaşdırıb. İstənilən halda, bank vətəndaşa nə qədər çox kredit verirsə, bu, problemli kreditlərin sayına təsirsiz ötüşmür”.

Gülşən Şərif

www.yenicag.az

788
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv