!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bank sektorunda VƏZİYYƏT: “"Fith Ratings”in Azərbaycanla bağlı təhlilləri mübahisəli ola bilər"

!Reklam – Yazi

“Bir məqamı da qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsinin iqtisadi baxımdan regionda ən az təsir etdiyi ölkə məhz Azərbaycandır”.

Bu sözləri “Fith Ratings”in Azərbaycan iqtisadiyyatına aid təhlillərinə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, idxal inflyasiyası nəticəsində biz 2022-ci ildə istehlak bazarında proqnozlaşdırılandan daha yüksək qiymət artımının şahidi olduq:

“Beynəlxalq qiymətləndirici təşkilatlar tərəfindən mütəmadi olaraq dəyərləndirmələrin aparılmasını müşahidə edirik. “Fith Ratings” də öz növbəsində dəyərləndirmə aparmaqla Azərbaycan iqtisadiyyatında müsbət və mənfi hesab etdikləri istiqamətləri təqdim edib.

Təbii ki, bir sıra məqamlar var ki, mübahisəli hesab oluna bilər. Xüsusən də bu məqamlardan biri yüksək dollarlaşma səviyyəsiylə bağlıdır. Əslində isə biz maliyyə və bank sektoruna diqqət yetirsək, dollarlaşma səviyyəsinin azaldığını görə bilərik. Yəni həm kredit qoyuluşlarında, həm də əmanətlərdə dollarlaşma səviyyəsi xeyli azalıb. Bu da təbii ki, milli valyutanın məzənnəsinin uzun müddət stabil qalmasıyla bağlıdır.

Geosiyasi risklər region ölkələrinin hamısı üçün keçərli hesab oluna bilər. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra bu region geosiyasi baxımdan diqqət mərkəzindədir. Bir məqamı da qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsinin iqtisadi baxımdan regionda ən az təsir etdiyi ölkə məhz Azərbaycandır. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycan iqtisadi artım tempini qoruyub saxla bilib. Eyni zamanda Rusiya ilə ticarət əlaqələrində dəyişiklik yaşanmayıb.

Əlbəttə ki, idxal inflyasiyası nəticəsində biz 2022-ci ildə istehlak bazarında proqnozlaşdırılandan daha yüksək qiymət artımının şahidi olduq. Lakin bununla belə Azərbaycan höküməti çalışdı ki, müharibənin iqtisadiyyata təsirlərini minimallaşdırmaq mümkün olsun.

Bütövlükdə beynəlxalq qiymətləndiricilər təşkilatı tərəfindən verilən reytinq və bu istiqamətdə aparılan təhlillər hər halda müzakirə üçün açıq mövzudur. Düşünürəm ki, növbəti illərdə də əsas məqsəd iqtisadiyyatın diversifikasiya yoluyla, xüsusən də enerji resusrlarından asılılığın minimallaşdırılması olmalıdır. Həmçinin 2022-2026-cı il strategiyasının icrası iqtisadiyyatın enerji resurslarından asılılığını minimuma endirə bilər”.

Yusif Səmədzadə

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv