!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bank sektorunu “sağlamlaşdıran” AZALMA: “Depozitlərə verginin tətbiq olunması...”

!Reklam – Yazi

“İstənilən bank nə qədər şəffaf fəaliyyət göstərsə, onun dayanıqlılığı da bir o qədər sabitləşir”.

Bu fikirləri Azərbaycanın bank sektorunda aktivlərin və depozitlərin həcminin mövcud səviyyəsini dəyərləndirən iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bu azalmalar daha çox situativ xarakter daşıyır və böyük ehtimalla, növbəti illərdə fərqli mənzərənin şahidi olacağıq.

“Mövcud rəqəmlərə nəzər salsaq, çox da böyük olmasa belə, bank sektorunda müəyyən kiçilmənin olduğunu deyə bilərik. Sözsüz ki, bunun əsas səbəblərindən biri son bir ildə 2 bankın bağlanmasıdır. Bu da əhalidə banklara olan inam və etimadı sarsıdır.

Digər tərəfdən, bu ilin fevral ayından etibarən, bank depozitlərinə vergi tətbiq edilib. Bununla da əhalinin banka depozit qoyulmasına marağı azalır. Bu da istifadəçilərin banka yatırdığı vəsaitə alternativ gəlir mənbəyi kimi baxmasından qaynaqlanır.

Lakin qeyd etmək lazımdır ki, bu təbii bir prosedir. Məsələn, bu gün Amerikada da iri kommersiya banklarının bağlanması və iflasa uğramasını müşahidə edirik. Bu azalma olsa da, bankların sağlamlaşmasına müsbət təsir göstərir.

Beləliklə, proses daha sağlam rəqabətli bankların ortada qalmasına gətirib çıxarır. İstənilən bank nə qədər şəffaf fəaliyyət göstərsə, onun dayanıqlılığı da bir o qədər sabitləşir. Hesab edirəm ki, bu azalmalar daha çox situativ xarakter daşıyır. Yəqin ki, üzümüzə gələn növbəti illərdə daha fərqli mənzərənin şahidi olacağıq”.

Yusif Səmədzadə

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv