!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bankda hesab açmaq ASANLAŞDI: “Sahibkarlığın inkişafı üçün çox müsbət qərardır” - RƏY

!Reklam – Yazi

“Hazırda sözügedən qərar sayəsində sahibkar rahat şəkildə banklara müraciət edərək adıçəkilən sənədi əldə etmədən bank hesabı aça bilər“.

Bu sözləri vergi ödəyicilərinin banklarda və bank fəaliyyətini həyata keçirən digər təşkilatlarda hesablarının açılması prosedurunda edilən dəyişikliklərə münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, sözügedən məqam daha çox sahibkarların işinin operativləşdirilməsi baxımından çox əhəmiyyətli vasitə sayılır:

“Bu qərar sahibkarlığın inkişafı üçün çox müsbət bir dəyişiklik hesab olunur. Belə ki, indiyə qədər banklarda sahibkarlar üçün hər hansısa hesab açmaq üçün şəhadətnamə dublikatı tələb olunurdu. Əgər həmin sahibkarın adına hər hansısa vergi borcu vardısa, şəhadətnamə dublikatı verilmirdi. Bu da müxtəlif əngəllər və gecikmələrə gətirib çıxarırdı.

Hazırda isə sözügedən qərar sayəsində sahibkar rahat şəkildə banklara müraciət edərək adıçəkilən sənədi əldə etmədən bank hesabı aça bilər. Lakin bu bank hesabı bloklanacaq. Çünki bu məxaric xərclərinin qarşılanması üçün nəzərdə tutulur.

Bu hesabla vergiyə görə şəhadətnamə dublikatı istənilməyəcək. Əgər sahibkar və ya vergi ödəyici subyektinin borcu varsa, bununla bağlı əməliyyatlar bloklanacaq. Bu məqam daha çox sahibkarların işinin operativləşdirilməsi baxımından çox əhəmiyyətli vasitə sayılır”.

Yusif Səmədzadə

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv