!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Banklar arasında QİYMƏT SÖVDƏLƏŞMƏSİ: “Deputatlar bu barədə danışmaqdansa...”

!Reklam – Yazi

“Bazar iqtisadiyyatı olduğundan, hər kəs göstərdiyi xidmətin qiymətini özü müəyyənləşdirir”.

Bu fikirləri ölkədə bank xidmətləri üzrə tariflərin tənzimlənməsinə dair irəli sürülən təkliflərə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, İqtisadiyyat Nazırliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qiymətlərin müəyyənləşdirilməsində sövdələşməyə gedən banklarla bağlı tədbir görməlidir:

“Sözün düzü, deputatlar bu cür təkliflər irəli sürəndə, təəccüblənirəm. Təklif etməklə kifayətlənmək lmaz, deputatlar bu sahədə konkret və işlək qanun qəbul etməlidirlər.

İstənilən xidmət və malların qiymətlərinin tənzimlənməsi qanunla həyata keçirilir. Mövcud qanunlara əsasən, banklar bu tarifi, eləcə də faiz və komissiya haqlarını sərbəst təyin edirlər. Deməli, bu kimi addımlar qanunla məhdudlaşdırıla bilər.

Əgər deputatlar bu barədə danışırlarsa, o zaman qanun layihəsini qəbul etsinlər, biz də o haqda danışaq. Yoxsa, populizm xatirinə boş-boş təkliflərlə çıxış etmək çox yersiz görünür.

Bu çərçivədə digər vacib məqam odur ki, həmin məsələnin iqtisadi baxımdan nizamlanması xeyli çətindir. Bazar iqtisadiyyatı olduğundan, hər kəs göstərdiyi xidmətin qiymətini özü müəyyənləşdirir. O zaman dövlət bütün qiymətləri tənzimləsin və biz də keçmiş SSRİ dövrünə geri qayıdaq.

Qiymətlər artırsa, deməli, bu hansısa obyektiv zərurətdən qaynaqlanır. Lakin bəzən şahidi oluruq ki, bir sıra banklar qiymətlərin müəyyən edilməsi naminə öz aralarında sövdələşirlər. Bu artıq başqa məsələdir. Belə hallarla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məşğul olmalıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv