Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Banklar istehlak kreditlərinə görə güzəşt təklif etməlidirlər” – Qubad İbadoğlu

“Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə istehlak kreditlərinə güzəştlərə dair təkliflərini ən qısa müddətdə hazırlamalıdırlar”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin koronavirus pandemiyasının iqtisadiyyata təsirlərinin aradan qaldırılması ilə bağlı hazırlanan tədbirlər planını şərh edən iqtisadçı Qubad İbadoğlu bildirib.

Qubad İbadoğlunun sözlərinə görə, Nazirlər Kabineti maliyyə institutları arasında ayrı-seçkilik edib. Belə ki, qəbul edilən Tədbirlər Planında istehlak kreditlərinə güzəşt edilməməsi doğru addım deyil:

“Nazirlər Kabinetinin koronavirusun iqtisadiyyata təsirlərinin aradan qaldırılması ilə bağlı tədbirlər planının 19-cu maddəsində bank və sığorta bazarının peşəkar iştirakçılarının maliyyə bazarlarına nəzarət orqanına ödədikləri haqların ləğv edilməsi qeyd olunub.

Birincisi, maliyyə bazarlarına nəzarət orqanına yalnız bank və sığorta bazarının peşəkar iştirakçıları haqq ödəmir. Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi qaydalarına görə, bank olmayan kredit təşkilatları (BOKT), poçt rabitəsinin milli operatoru, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçiləri, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla) və idman mərc oyunlarının operatorları haqlar ödəyirdi.

Bu haqqı ödəməkdən yalnız banklar və sığorta bazarının peşəkar iştirakçıları azad olunur, digərləri, məsələn BOKT-lar azad olunmayıb. İkincisi, banklar və sığorta bazarının peşəkar iştirakçılarının maliyyə bazarlarına nəzarət orqanına ödədikləri haqlar ləğv edilirsə, bundan faydalananlar niyə istehlak kreditləri üzrə heç bir güzəşt (kredit tətilləri, kredit ödənişlərindən tam və ya qismən azad olunma və sair) təklif etmirlər.

Məlumat üçün qeyd edim ki, banklar kapitalından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanına ildə 300 mindən – 800 minədək haqq ödəməlidirlər. Koronavirusa görə irəli düşən banklar istehlak kreditlərinə görə güzəşt təklif etməlidir”.

Gülşən Şərif

www.yenicag.az

884
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100