!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Banklar qarşı-qarşıya: Dolların satışına limiti qoyanlar niyə cərimələnmir? - İqtisadçı

!Reklam – Yazi

“Limit göstərişinin Mərkəzi Bankdan gəlməsi şübhə doğurmur”.

Yenicag.az xəbər verir ki, bunu ölkədə banklar tərəfindən dollar satışında limit qoyulmasının hələ də davam etməsinə münasibət bildirən iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, banklar qeyri-rəsmi söhbətlərdə Mərkəzi Bankın göstərişinin olduğunu bildirsələr də, Mərkəzi Bank bu fikirləri təsdiqləmir və bankların özfəaliyyəti olduğunu iddia edir:

“Reallıq odur ki, dollar alışına limit var və bəzi istisnalarla 20 min manatdan çox dollar almaq mümkünsüzdür.

Limit göstərişinin Mərkəzi Bankdan gəlməsi şübhə doğurmur. Əks halda problem qısa müddətdə aradan qaldırılardı. Əgər bu addım bankların öz təşəbbüsüdürsə, bu halda “bazar sövdələşməsi” baş verir və banklara qarşı cəza tədbirləri görülməlidir. Əgər heç bir tədbir görülmürsə və proses olduğu kimi davam edirsə, deməli, göstəriş bir mərkəzdən gəlib.

Mərkəzi Bankın belə göstəriş verməsindən boyun qaçırması anlaşılmazdır. Hamıya məlumdur ki, manatın məzənnəsi inzibati qaydada tənzimlənir və məzənnənin qorunması indiki dövrdə sosial baxımdan əhalini qoruyur. Yəni, mövcud məzənnə qısamüddətli olsa da hamıya sərf edir.

Məzənnəni qorumaq üçün hökumət MB-nin timsalında məhdudlaşdırıcı tədbirləri artırır. 20 min manatlıq limit də həmin məhdudlaşdırıcı tədbirlərdən biridir. Qarşıda iki yolumuz var. Ya məzənnəni buraxmalıyıq və bunun zərərini qəbul etməliyik. Zərbə isə həm biznesə, həm əhaliyə, həm də ümumilikdə ölkə iqtisadiyyatına dəyəcək. Ya da məzənnəni qoruyuruq və bunun üçün məhdudiyyətləri anlaşıqlı qarşılamalıyıq. İndiki halda ikinci yolu seçmişik və fikrimcə, bu, indiki dövr üçün optimal yoldur. Məhz buna görə də, Mərkəzi Bank açıq şəkildə bəyan edərək banklara belə göstəriş verdiyini bildirməlidir. Məsuliyyətin bankların üstünə atılması düzgün addım deyil”.

Gülşən Şərif

www.yenicag.az

733
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv