!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Banklar qarşısında yeni tələblər: "İslahatlar artıq elə bir istiqamətdə aparılır ki..."

!Reklam – Yazi

Azərbaycanda banklar qarşısında yeni tələblərin qoyulması nəzərdə tutulur. Təklif olunan dəyişikliyə əsasən, uydurma adlarla bağlı və ya anonim hesabların açılmasına, sənədlərin və əmlakın uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul edilməsinə, anonim depozit sertifikatlarının buraxılmasına və anonim bank kitabçalarının təqdim edilməsinə yol verilməyəcək.

Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında bildirib ki, nəzərdə tutulan dəyişiklik bankların fəaliyyətində çirkli pullardan istifadənin qarşısını almaq üçün imkan yaradacaq:

“Azərbaycanda bank sisteminin formalaşması prosesi davam etməkdədir. Məlumdur ki, postsovet dövründən sonra banklar daxili sistemini, əsasnamələrini müəyyən mənada dəyişib. Müasir Azərbaycan bankçılığı qonşu dövlətlər, o cümlədən beynəlxalq aləmdə mövcud olan prinsiplər üzərində qurulmaqdadır. İslahatlar artıq elə bir istiqamətdə aparılır ki, Azərbaycan bankçılığı daha da inkişaf etsin. Bir müddət öncə ölkədəki 40-dan çox bankın qarşısına qoyulan müasir prinsiplərə cavab verən şərtlər nəticəsində hazırda cəmi 24 bank fəaliyyət göstərir. Bu banklar ciddi rəqabət və mövcud qaydalar çərçivəsində işini davam etdirir. Bu fonda nəzərdə tutulan dəyişiklik bankların daha şəffaf fəaliyyət göstərməsinə xidmət edəcək. Sözügedən dəyişiklik bank sistemində nəzarətin güclənməsinə, habelə ayrı-ayrı bankların ümumi banklar zəncirindən kənarda özfəaliyyətlə məşğul olmamasına yol açacaq”.

Gülşən Şərif

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv