!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Banklara borcu olanlara ÇAĞIRIŞ

!Reklam – Yazi

Tanınmış vəkil Əkrəm Həsənov banklardan kredit çəkən vətəndaşlara çağırış edib.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan vəkil vurğulayıb ki, Banka borcunuzu ödədikdən sonra 3 il (bankın sizə qarşı iddia müddəti) ötsə belə, ödəniş sənədlərini tullamamalıdır:

“Banka borcunuzu ödədikdən sonra 3 il (bankın sizə qarşı iddia müddəti) ötsə belə, ödəniş sənədlərini tullamayın. Yaxud da bankdan sizə qarşı tələbinin olmaması (borcunuzun bağlandığı) barədə arayış alın.

ASAN-Xidmətə gedib Kredit bürosundan kredit tarixçənizi də alıb yoxlayın ki, bank həqiqətən ödənişlərinizi borcunuzun bağlanmasına yönəldib.

Niyə? Çünki ölkəmizdə elə şeylər baş verir ki, təəccüblənməyə də güc qalmır. Məsələn, bir də gördünüz ki, sizi bir hüquq-mühafizə orqanına çağırıb dedilər ki, 10 il əvvəl filan banka borcunuz olub ödəməmisiz. Siz də cavab verirsiniz ki, ödəmişəm.

Müstəntiq təsdiqedici sənəd tələb edir. Deyirsiz ki, tullamışam, bankın tələbi var idisə, 3 il ərzində məhkəməyə müraciət edə bilərdi. Müstəntiq də deyir ki, xeyr, ödəməmisiz, sənədiniz də yoxdur, bank da ona görə iddia qaldırmayıb ki, onun hansısa işçisi ilə sövdələşmisiz, “şapka” vermisiz və s. və i.a. Ya borcu ödəyin, ya da barənizdə cinayət işi açılacaq”./yenisabah/

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv