!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Banklarda krediti olanlara VACİB XƏBƏR - Bu banklar sizdən faiz tələb EDƏ BİLMƏZ

!Reklam – Yazi

Lisenziyası ləğv edilən banklar əmanətlərə verilən faizləri də dərhal dayandırırlar və yalnız qoyulan əmanət əmanətçiyə geri qaytarılır. Ancaq sözügedən bank müştəriyə verdiyi kreditə görə faiz hesablanmasını dayandırmır və sonadək krediti faizlə tələb edir. Bu isə müəyyən anlaşılmazlığa və bəzi hallarda narazılığa səbəb olur.

Bəs, qanunvericilik banklara verdiyi kreditlərə görə lisenziyası ləğv edildikdən sonra faiz hesablamaq hüququ verirmi?

Məsələ ilə bağlı danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Referans.az-a bildirib ki, mövcud qaydalara əsasən əmanətlər üzrə faizlər bankın müflis olması ilə bağlı qərar qəbul edilənədək hesablanır:

“Daha sonra qaydalara əsasən vətəndaş müraciət etdikdən sonra 90 gün ərzində onun əmanətinin geri ödənilməsi təmin edilir. Sadəcə bizim təkidimiz ondan ibarətdir ki, vətəndaş əmanəti alan günə qədər əmanəti üzrə fazilərin hesablanması həyata keçirilsin və həmin faizlər müflisləşmiş bankın aktivləri hesabına ödənilsin. Çünki nəticə etibarilə bankın müflis olması müştərilərlə bağlı məsələ deyil. Bank müflis olduqdan sonra həmin bankda əmanət yerləşdirmiş vətəndaş praktik olaraq bir neçə ay ərzində əmanətinə görə faizdən məhrum olur və nəticə etibarilə onun vəsaiti pasivləşir”.

Deputat qeyd edib ki, onların təklifi budur ki, əmanətlər üzrə faizlərin hesablanması davam etsin, vətəndaşa ödəniş edilən gününə qədər və ödənişlə bağlı qərar verilənədək kreditlərin hesablanması və əmanətlərin üzərinə əlavə edilməsi baş versin. Onun sözlərinə görə, məqsədə uyğun olaraq bu imkan verər ki, vətəndaş bankın müflisləşməsindən əmanətlər üzrə əldə etdiyi gəlirə mənfi təsiri olmasın və vətəndaşa əmanətlərə görə daha çox vəsaitin verilməsi mümkün olsun.

Hüquqşünas Ramil Süleymanov isə bildirir ki, həm Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, həm də Konstitusiyasına görə qanun və məhkəmə qarşısında tərəflər bərabər olduğu kimi müqavilə münasibətlərində də tərəflər bərabər olmalıdır:

“Əgər bir tərəf kredit borcunun olmasına görə bankın lisenziyasının ləğvindən sonra belə ona ləğvedici tərəfindən kredit müqaviləsi üzrə faizlərin hesablanmasının davam etdirilməsinə baxmayaraq biz bunu əmanətlərin yerləşdirilməsi və çəkilməsi zamanı görə bilmirik. Həm kredit münasibətləri, həm depozit və ya əmanət yerləşdirmə münasibətləri tərəflər arasında müqavilə ilə tənzimləndiyi üçün tərəflər bununla bağlı müqavilə şərtlərinə əsasən öhdəlik və hüquqlara malikdirlər”.

Hüquqşünas qeyd edib ki, bankların fəaliyyət göstərməsi üçün Mərkəzi Bank tərəfindən verilmiş lisenziyanın ləğvindən sonra həmin banklara ləğvedici təyin olunur. Onun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondu bankın fakitiki idarəedicisinə çevrilir və onun kreditorlar qarşısında təmsil edir: “Əmanətlərin sığortalanması haqqında qanunun 2.1.9-cu maddəsinə görə iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması ilə bağlı qərar qüvvəyə mindikdən sonra bankın əmanətçilər qarşısında və öhdəliklərin qanun və müqavilə şərtlərinə uyğun yerinə yetirilməsi həyata keçirilir. Bu o deməkdir ki, əgər müqavilə şərtlərində bank ləğv olunduqdan sonra belə yerləşdirilmiş əmanət üzrə faizlərin hesablanması nəzərdə tutulubsa, o zaman o həmin müştəri qarşısında öhdəlik daşıyır. Çünki ləğv olan bankın lisenziyasıdır, hüquqi şəxs olaraq bu ləğv olunmayıb”.

Eyni zamanda Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikasının qanununun 27.13-cü maddəsinə görə isə bankın lisenziyası ləğv olunduqdan sonra qəbul olunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi həyata keçirilmir. Əgər müqavilədə qeyd olunmuş olsa ki, kreditlərin geri qaytarılması ilə bağlı tərəflərin, hətta bankın lisenziyası ləğv olunarsa, kredit faizlərinin hesablanması dayandırılır, o zaman kredit faizlərinin hesablanması dayanacaqdır. Amma belə bir şərt olmadıqda bankın həmin müqavilə üzrə kredit müqaviləsinə görə faizlərin hesablanması davam edir və vətəndaşlarımızın bilməsi lazımdır ki, həmin müqavilərələrə ciddi fikir vermək lazımdır – deyə Ramil Süleymanov qeyd edib.

www.yenicag.az

373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv