!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Banklarda pulları batanlar: "Fond ictimaiyyətə məlumat vermir..." - İqtisadçıdan sərt ETİRAZ

!Reklam – Yazi

“Əmanətlərin Sığortalanması Fondu kreditorların haqlarının qaytarılması üçün şəffaflıq göstərmir”.

Bu sözləri müflis olan banklarda pulları batan sahibkarların vəziyyətinə toxunan iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda iri şirkətlər orta və kiçik biznesi öldürməklə məşğuldur:

“Dövlət məmurları orta və kiçik biznesin inkişafından nə qədər çox danışırsa, vəziyyət bir o qədər pisləşir. Bu vəziyyətin acısı zamanla daha çox görünəcək. Ona görə də Azərbaycan xalqı daha tələbkar olmalı və qanun çərçivəsində öz haqqını tələb etməlidir. Xüsusən də son dövrlər bank sektoru yüksək səviyyədə inhisarlaşıb. Sahibkar kredit götürəndə bankın qulu olur. Ölkədə milli valyutanın devalvasiyasından sonra bəzi sahibkarlar manatla götürdüyü krediti sonradan dollara çevirib. Sağlam məntiqlə bu addım olmamalıdır. Lakin sahibkarı bu addımı atmağa məcbur ediblər. Bu gün sahibkarları məcbur edirlər ki, orta və kiçik banklarla işləməsinlər. Bu gün Azərbaycanda 20-dən çox bank müflis olaraq bağlanıb. Həmin banklar vətəndaşların əmanətlərini qismən qaytarsa da, sahibkarlar öz pullarını itirirlər. Yəni əmanətçinin pulu sahibkarın hesabına qaytarılır. Halbuki indiki məqamda bağlanan banklarda qalan vəsaitin ümumi həcmi bir neçə milyard manat təşkil edir. Əmanətlərin Sığortalanması Fondu kreditorların haqlarının qaytarılması üçün şəffaflıq göstərməlidir. Lakin Fond tam qapalı şəkildə fəaliyyət göstərir və ictimaiyyətə məlumat vermir. Bu, onu göstərir ki, Fond şəffaf işləmir”.

Gülşən Şərif

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv