!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bankları varlandıran KEŞBEK “PRİYOMU”: “Dövriyyənin genişlənməsi və gəlirlərin artması…”

!Reklam – Yazi

 

“Vətəndaşların daha çox keşbek verən kartlardan istifadə etməyə meyllənməsi bankların həm dövriyyəsini, həm də gəlirlərini artırır”.

Bu fikirləri banklarda tətbiq edilən keşbek siyasətinin əsas məqsədi haqda danışan iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, banklar bu üsuldan müştəri qazanmaq üçün istifadə edirlər:

“Hazırda geniş yayılan keşbek siyasəti banklarla onun tərəfdaş təşkilatlarının birgə siyasətidir. Banklar hər hansı bir şirkətlə anlaşma imzalayır və bu razılaşma çərçivəsində şirkətlərin məhsulları satılarkən müştəriyə keşbek qaytarılır.

Aydındır ki, keşbekin olması həm şirkətin dövriyyəsini genişləndirir, həm də bank müştərilərinin sayını artırmağa xidmət edir. Keşbek ödənişləri təkcə bankın üzərinə düşmür, həmçinin tərəfdaş şirkətlər də bunun üçün bankla müqavilələr bağlayıb müəyyən ödənişlər edirlər.

Eyni zamanda, keşbek siyasəti bankların gəlirlərini artırır. Vətəndaş daha çox keşbek verən bank kartlarından istifadə etməyə meyllənir, bu da təbii ki bankların dövriyyəsini artıran amillərdəndir”.

Nuray Məmmədzadə

www.yenicag.az

292
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv