!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bankların bağlanmasını “tezləşdirən” AMİLLƏR: “Müasir yanaşmaların tətbiqindəki ləngimə...”

!Reklam – Yazi

“Kredit və depozit portfelinin, o cümlədən, risklərin idarə olunmasında yol verilən ciddi yanlışlıqlar bankların bağlanması ilə nəticələnir”.

Bu fikirləri ölkədə bankların bağlanmasına səbəb olan əsas amillər haqda danışan iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bankların bağlanmasını şərtləndirən səbəblər müxtəlifdir:

“Ölkədə digər bankların getdikcə böyüməsi fonunda bu rəqabətdə geri qalan banklar bağlanmaq aqibəti ilə üzləşirlər.

Belə banklar kadr siyasətini peşəkar səviyyədə həyata keçirmirlər və eyni zamanda, bank sektorunun müasir yanaşmalarını tətbiq etməyə tələsmirlər. Bu da nəticə etibarilə, bankların fəaliyyətində müəyyən uğursuzluqlar yaradır və yekunda bank bağlanır.

Nəzərdə tutulan banklar kredit və depozit portfelinin, o cümlədən, risklərin idarə olunmasında ciddi yanlışlıqlara yol verdikləri üçün uğurlu nəticə eldə edə bilmirlər. Bu səbəblərdən, bank tədricən müflisləşir və zamanla fəaliyyətini dayandırmaq məcburiyyətində qalır”.

Nuray Məmmədzadə

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv