!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bankların əhaliyə nə qədər əmanət faizləri ödədiyi məlum oldu

!Reklam – Yazi

2022-ci ildə Azərbaycanda fəaliyyət göstərən banklar depozitlər üzrə 459 milyon manat məbləğində faizlər ödəyiblər.

Yenicag.az Mərkəzi banka istinadən xəbər verir ki, depozitlər üzrə ödənilmiş faizlər 2021-ci illə müqayisədə 2022-ci ildə 96,7 milyon manat və ya 26,7 faiz artıb. 2021-ci ildə banklar depozitlər üzrə 362,3 milyon manat məbləğində faizlər ödəmişdilər. 2019 və 2020-ci illərdə bu məbləğ müvafiq olaraq  372,4 milyon manat və 312,9 milyon manat təşkil etmişdi.

O cümlədən, 2022-ci ildə banklar müddətli depozitlər (əmanətlər) üzrə 418,7 milyon manat məbləğində faizlər ödəyiblər ki, bu da 2021-ci illə müqayisədə 69,2 milyon manat və ya 19,8 faiz çoxdur. 2021-ci ildə banklar müddətli depozitlər üzrə 349,5 milyon manat məbləğində faizlər ödəmişdilər.

Qeyd edək ki, bugündən yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz gəlir vergisi tutulacaqdır.  Əmanətlər üzrə ödənilən illik faiz gəlirləri 2016-cı ildən başlayaraq 7 il müdətinə vergidən azad idi. Bu müddət uzadılmayıb.

Müddətli depozitlər – Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv