!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bankların “kollektiv talan” HƏMLƏSİ: “Ölkədə “məmur biznesi”nin mövcudluğu...”

!Reklam – Yazi

“Qeyd edilən məsələdə birbaşa monopoliya maraqları olduğu üçün qiymətlər əsassız şəkildə artırılır”.

Bu fikirləri “Beynəlxalq Bank” tərəfindən SMS-xəbərdarlıq xidməti üçün ödənişin 40 qəpikdən 1 manata qaldırılmasına münasibət bildirən iqtisadçı Elçin Rəşidov Yenicag.az-a açıqlamasında qeyd edib.Onun sözlərinə görə, bu məsələdə də ölkə iqtisadiyyatı üçün ciddi problemə çevrilən monopoliya maraqları mövcuddur:

“Qiymətlər bütün sistemlərdə 40 qəpikdən 1 manata qaldırıldı. Bunun səbəbi sistemdə olan monopoliyadan qaynaqlanır. Tarif Şurası xərcləri və qiymətləri ictimaiyyətə bəyan edərək konkret qərar verməlidir.

Digər tərəfdən, ölkədə “məmur biznesi”nin mövcudluğu belə kəskin qiymət artımına şərait yaradır. Bu yolla qiymətləri istədikləri kimi dəyişərək istifadəçiləri istismar edirlər.

Bütün hallarda, Tarif Şurasının qəbul etdiyi qərarlarda da şəffaflıq təmin edilmir. Həm də qeyd edilən məsələdə birbaşa monopoliya maraqları olduğu üçün qiymətlər əsassız şəkildə artırılır”.

Yusif Səmədzadə

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv