!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bankların kredit portfelində Bakı ilə bölgələrin PAYI: “İşləyən əhalinin təqribən 77 faizi paytaxtda...”

!Reklam – Yazi

“Əgər risklər yüksəkdirsə, o zaman kredit faizləri də yuxarı həddə müəyyən edilir”.

Bu fikirləri regionlarda əhaliyə təklif olunan kredit faizlərinin Bakıya nisbətən daha yüksək olmasının səbəblərini şərh edən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bölgələrdə kredit faizlərinin yuxarı olmasının əsas səbəbi risk faktorları ilə bağlıdır:

“Kredit verən kommersiya bankları ayırdıqları kreditin geri qaytarılması ilə bağlı mümkün riskləri hesablayırlar. Əgər risklər yüksəkdirsə, o zaman kredit faizləri də yuxarı həddə müəyyən edilir. Bu yanaşma risklərin idarə edilməsinin tərkib elementidir.

Regionlarda girov predmetlərinin də yetərincə uyğun olmaması bankların bölgə əhalisi üçün faiz dərəcəsini artırmalarına gətirib çıxardır. Banklar rayonlarda daşınmaz əmlakı girov götürməyə o qədər də maraqlı deyillər.

Məsələn, bir kənddə hansısa bir evi girov götürərək kredit verən bank borcu geri ala bilmədikdə, həmin evi satmaqda çətinlik çəkir. Bu da nəticədə regionlarda faiz dərəcəsinin yuxarı olmasına gətirib çıxarır.

Ölkənin kredit portfelində hər hansı rayonun payı oradakı əhalinin məşğulluq göstəriciləri düz mütənasiblik təşkil edir. Nəzərə alaq ki, ölkədə açılan hər 5 iş yerinin 4-ü Bakıdadır və bu da 80 faiz deməkdir.

O baxımdan, bankların ümumi kredit portfelində Bakının payı təqribən 76-77 faiz təşkil edir. Göründüyü kimi, rəqəmlər bir birinə yaxındır. Regionlarda kreditləşmə səviyyəsinin mümkün artımı həm də bölgələrdə yeni iş yerlərinin açılması anlamına gəlir”.

Nuray Məmmədzadə

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv