!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bankların sms xidməti ödənişsiz, yoxsa ödənişlidir?: "Müştəriyə verilən məlumat əskikliyi...” - İqtisadçıdan İZAH

!Reklam – Yazi

“Əgər bu müddəa müqavilədə öz əksini tapıbsa, bu zaman bankı günahlandırmaq təbii ki, düzgün olmaz”

Bu fikirləri bankların öz müştərilər ilə ilkin anlaşmalarında ödənişsiz olan xidmətləri bir müddətdən sonra pullu etmələrinin səbəbini şərh edən iqtisadi ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, banklar müqavilədə həmin şərtləri təqdim etdiyi təqdirdə, müştəri haqsız durumda qalır.

“Əslində, bankların tətbiq etdiyi mesaj xidmətləri ödənişlidir. Çünki banklar üçün SMS xidmətlərini məlum olduğu kimi mobil operatorlar həyata keçirir və bunun əvəzində müvafiq ödənişlər edilir. Banklar bir müddət bu ödənişi müştərilər üçün öz üzərinə götürür. Lakin bir müddətdən sonra bank istəsə, bu ödənişdən imtina edə bilər. Yəni bu bankın öz seçimidir. Burada əsas məsələ odur ki, müştəri lazımi qədər məlumatlandırılıbmı? Bu müştəri ilə bank arasında imzalanmış müqavilədən asılıdır. Əgər bu müddəa müqavilədə öz əksini tapıbsa, bu zaman bankı günahlandırmaq təbii ki, düzgün olmaz. Bu müştərinin diqqətsizliyindən irəli gəlir. Yox, əgər müqavilədə bu məsələlər təsbit edilməyibsə, sadəcə olaraq müştəri bank tərəfindən məlumatlandırılmalıdır. Bu ya mesaj şəklində, ya da birbaşa zəng edilərək xəbərdarlıq edilə bilər. Həmçinin bu forma müqavilədə əks oluna bilər. Belə olduğu təqdirdə müştəri xidmətdən istifadə etmək istəmirsə, deaktiv edərək imtina edə bilər. Beləliklə, bank müqavilədə bu şərtləri təqdim edibsə, bu zaman müştəri haqsız durumdadır”.

Yusif Səmədzadə

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv