!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bankomatların qarşısında azalmayan İZDİHAM: “Faiz dərəcələrinin aşağı salınması və...”

!Reklam – Yazi

“Yeni bankomatların gətirilməsi və tutulan komissiyaların azaldılması vətəndaşların uzun növbələrdə gözləmək problemin aradan qaldıracaq”.

Bu fikirləri bankomatların qarşısında yaranan uzun növbələrin aradan qaldırılmasına yönəlik addımları dəyərləndirən Milli Məclisin deputatı Rüfət Quliyev Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, hansı banka məxsusluğundan asılı olmayaraq, istənilən bankomatdan nağd vəsaitin çıxarılması və hər hansı köçürmə üçün tutulan faiz dərəcələri azaldılıb:

“Bankomatlardan pul çıxarılarkən tətbiq edilən faiz dərəcələrinin çox olması ilə bağlı çıxış etmişdim. Hazırda Azərbaycanda 24 bank və 3 minə yaxın bankomat fəaliyyət göstərir. Ancaq yenə də vətəndaşlar bankomatların qarşısında uzun növbələrdə gözləməli olurlar.

Cari ilin yanvar ayının 1-dən bankdan asılı olmayaraq, istənilən bankomatdan vəsait çıxaranda və hər hansı köçürmə edəndə tutulan faiz dərəcələri azaldılıb. Bunu Mərkəzi Bankın sədri çıxışında şəxsən bəyan etdi.

Bundan əvvəl 1,5-2 rəqəmləri arasında dəyişən faizlər artıq 0,75-0,85 arasında olacaq. Həmçinin Mərkəzi Bankın sədri yeni bankomatların gətirildiyini də qeyd edib. Düşünürəm ki, bu addım bəhs olunan problemin həllinə kifayət qədər kömək edəcək”.

Nuray Məmmədzadə

www.yenicag.az

4322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv