!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Barış Altıbarmaq İlham Əliyevi təbrik etdi

!Reklam – Yazi

Dünya Türk İş Şurasının Azərbaycandakı nümayəndəsi Barış Altıbarmaq İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, təbrik də deyilir:

“Hörmətli cənab Prezident,

7 fevralda keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin müvəffəqiyyətlə başa çatması münasibətilə Xarici İqtisadi Əlaqələr Komitəsinin tərkibində fəaliyyət göstərən Dünya Türk İş Şurası adından Sizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Ali Baş Komandan olaraq rəhbərliyinizlə şanlı Ordunuzun Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı və ətraf rayonları 30 illik işğaldan azad etməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması, uzaqgörən siyasətiniz və müdrik liderliyiniz sayəsində Azərbaycanın regionda, eləcə də beynəlxalq aləmdə nüfuzunun artması bizdə böyük məmnunluq doğurur.

Sizin qətiyyətli liderliyiniz və çoxşaxəli fəaliyyətiniz sayəsində Azərbaycanın keçdiyi misilsiz inkişaf yoluna 20 ildən çoxdur şahid oluruq. Azərbaycan Respublikasının bu gün bütün sahələrdə mühüm uğurlara imza atması və hərtərəfli inkişaf yolu keçərək güclü və qüdrətli dövlət olması bizi səmimi-qəlbdən sevindirir və ruhlandırır.

Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri xalqlarımızın rifahı və ölkələrimizin dinamik inkişaf maraqlarına uyğun olaraq bundan sonra daha da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.

Zati-aliləri, bir daha Sizə qələbə münasibətilə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, yeni-yeni müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə daim tərəqqi arzulayıram”.

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv