“Barış pınarı” Suriyada uşaqları məktəblərinə qovuşdurdu – FOTOLAR

“Barış pınarı” əməliyyatının keçirildiyi bölgədə minlərlə şagirdin terrorla qaranlığa qərq olan gələcəyi aydınlanır

“Barış pınarı” əməliyyatı ilə terrorçulardan azad edilən Tel Abyad və Rəsulayn şəhərlərində 19 min 470 şagirdin terror təşkilatı YPG/PKK tərəfindən yarımçıq qoyulan təhsil həyatı Şanlıurfa Valiliyinin (İcra Hakimiyyəti) təşəbbüsü ilə yenidən canlanıb.

Avropa.info xəbər verir ki, Suriyanın şimalındakı Tel Abyad və Rəsulayn şəhərlərində 2019-cu ilin oktyabr ayında 4,5 ildir davam edən YPG/PKK zülmündən xilas edilmişdi. Şəhərlərdə həyatın normallaşması üçün bir çox sahədə, o cümlədən təhsil sahəsində intensiv səylər göstərilməyə başlanıb. Tel Abyad və Rəsulaynda terror təşkilatının yararsız hala saldığı onlarla məktəb Şanlıurfa Valiliyi tərəfindən təhsilə hazır vəziyyətə gətirilib.

Şanlıurfa Valiliyinin Suriya Dəstək və Koordinasiya Mərkəzi (SUDKOM) minlərlə şagirdə dərslik və məktəb ləvazimatları paylayıb. Hal hazırda Tel Abyad və Rəsulayndakı 180 məktəbdə 963 müəllim 19 min 470 şagirdin gələcəyini inşa edir.

“Bütün tələbələr kitablarını alacaq”

Tel Abyadda təhsil üzrə məsul işçi olan Samir Hammud “Dərslikləri olmayan şagirdlərə kitab paylamağa davam edirik. Yaxın günlərdə bütün şagirdlər kitablarını alacaqlar”, – deyə bildirib.

Zeynəb binti-Hüseyin ibtidai məktəbinin müəllimlərindən biri olan Nurəddin Məhemməd də uşaqların məktəblərinə qayıtmaları üçün çalışdıqlarını vurğulayıb. O, bele deyib: “Birinci sinifdən altıncı sinfə qədər şagirdlərimiz var. Uşaqlar məktəbə gəlməyi vacib sayırlar. Tel Abyaddan olan və daxili köç yolu ilə bölgəyə gələn bir çox uşaq birlikdə təhsil alır. Uşaqların ehtiyaclarını ödəməyə çalışırıq”.

“Dərslərdə geridə qalsaq da müəllimlərimiz kömək edir”

Tel Abyadda orta məktəbə gedən 15 yaşlı Yasin Seyid kitablarını aldıqlarını söyləyib: “Bütün dərslərin müəllimləri var. Allahın izni ilə attestat alacağıq.” 13 yaşlı İbrahim Səid də “Dərslərdə geridə qalsaq da müəllimlərimiz kömək edirlər” – deyib.

“Mən həkim olacağam”

Mustafa Halaf adlı 13 yaşlı şagird biologiya, ərəb dili və riyaziyyat dərslərini sevdiyini bildirib: “Dərslərdə daimi iştirak edirəm. Rüblük almaq istəyirəm və gələcəkdə həkim olacağam.” Tel Abyadlı 12 yaşlı Zəhra Dərviş də həkim olmaq arzusunda olduğunu söyləyib.

“Mən oxumağı, rəsm çəkməyi, biologiya və riyaziyyat dərslərini çox sevirəm” deyən ikinci sinif şagirdi Mutasim Məhəmməd də digərləri kimi böyüyəndə həkim olmaq istədiyini bildirib.

Terror təşkilatı işğal etdiyi bölgələrdəki məktəblərdə şagirdlərə etnik mənsubiyyətə əsaslanan militarist və İslam əleyhinə fikirlər təbliğ edir. Övladlarını terror təşkilatının təbliğatlarından uzaq tutmaq istəyən valideynlər özəl məktəblərə müraciət edirlər. Lakin terror təşkilatı bu məktəblərə də basqın edərək bağlamaqla hədələyir və ya özləri məktəbin qapısına qıfıl vurur.

“Barış pınarı” əməliyyatı zamanı Tel Abyad və Rəsulayndakı bir çox məktəbin terror teşkilatının qərargahına çevrildiyi və bəzilərinin altında tunellər olduğu müəyyən edilmişdi.

COP29