!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Barselona” “Mançester Siti”nin futbolçusu ilə anlaşdı

!Reklam – Yazi

İspaniyanın “Barselona” klubu İngiltərə “Mançester Siti”sindən Joau Kanselunu heyətinə qatmağa yaxındır.

Yenicag.az xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, portuqaliyalı müdafiəçi “Barsa”ya keçmək istəyir. Tərəflər şəxsi razılıq əldə ediblər.

Hazırda kataloniyalılar “Mançester Siti” ilə danışıqlar aparırlar. Klub Usman Dembelenin Fransa PSJ-sinə satışından əldə ediləcək vəsaitin bir hissəsini bu keçidə yönəltmək niyyətindədir.
2019-cu ildə “Yuventus”dan “Mançester Siti”yə transfer olunan Kanselu ötən mövsümü icarə əsasında Almaniyanın “Bavariya” klubunda keçirib. 27 yaşlı cinah oyunçusu keçən mövsüm 47 oyunda üç qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

www.yenicag.az

154
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv