!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Barselona”nın Messi ilə bağlı qərarı açıqlandı

!Reklam – Yazi

“Barselona” argentinalı hücumçu Lionel Messini kluba qaytarmaq variantını nəzərdən keçirmir.

Yenicag.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Məlumata görə, kataloniyalılar maliyyə feyr-pleyini pozmadan qışda Messini heyətə qata bilməyəcək. Argentinalının özü də İspaniya klubuna qayıtmaq variantını nəzərdən keçirmir.

Ətraflı
Qeyd edək ki, bundan əvvəl “İnter Mayami”nin futbolçusu Lionel Messi klubu MLS-in pley-off mərhələsinə vəsiqə qazana bilmədiyi üçün Avropaya qısamüddətli icarəyə gələ biləcəyi barədə məlumat yayılmışdı.

“İnter Mayami”nin baş məşqçisi Cerardo Martino bu iddialarla bağlı açıqlamasında “Bəlkə istirahətə gedəcək? Ola bilsin ki, o, Barselonaya gedir. Mən bu barədə başqa heç nə bilmirəm” demişdi.

Messi 2023-cü ilin yayında PSJ-dən “İnter Mayami”yə keçib. O, ABŞ klubunda keçirdiyi 13 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv