!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş gicəlləndirən TAKSİ QİYMƏTLƏRİ: “Payıza kimi gediş haqqı xərcləri enməzsə…” - AÇIQLAMA

!Reklam – Yazi

“Taksilərdə qiymət artımı müvəqqəti xarakter daşıyır”.

Bunu Azərbaycanda fəaliyyət göstərən bir çox taksi xidmətlərində qiymət artımı məsələsini şərh edərkən nəqliyyat eksperti Eldəniz Cəfərov Yenicag.az-a açıqlamasında deyib.

O, taksilərdə qiymət artımının davamlı olacağı təqdirdə iqtisadiyyata külli miqdarda zərər vura biləcəyini deyib:

“Taksi qiymətləri dəyişən tarifdir və o, müxtəlif amillərdən formalaşır. Məsələn, bu, ona olan tələbin çox və ya az olması, gedəcəyiniz ərazidə taksilərin olub-olmaması, hava şəraiti, eləcə də bayram günləri və digər amillərdən asılı olaraq dəyişə bilər.

Hazırda Bakıda əhali, əsasən yay mövsümi ilə əlaqədar olaraq çimərliklərə üz tutur. İctimai nəqliyyatın azlığı səbəbindən vətəndaşlar çimərliyə taksi ilə getməyə üstünlük verirlər. Bu da taksilərə olan tələbi artırır.

Ümid edirəm ki, taksilərdə qiymət artımı çox davam etməyəcək. Əgər payızda da qiymət artımını müşahidə etsək, nəqliyyatda hədsiz sıxlıq müşahidə edilə bilər. Bu da özlüyündə vətəndaşların işə gecikmələrinə səbəb ola və Bakının iqtisadiyyatına külli miqdarda zərər vura bilər.

Taksilərdə qiymət artımının müvəqqəti xarakter daşıdığını və əvvəlki əlçatan səviyyəyə enəcəyini hesab edirəm”.

Sadiq Cavadov

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv