!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

Baş məşqçi: “Futbolçu tullanırsa, harasa düşməlidir”

!Reklam – Yazi

“Son günlər ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçilərimizə Allah rəhmət eləsin. Bilirdik ki, bizi ağır oyun gözləyir. Üç matçda uduzsaq da, bu gün daha yaxşı çıxış edəcəyimizə inanırdıq. İstədiyimizi meydanda görə bildik”. 

Yenicag.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Matçın sonları bir az stressli keçdi. Qırmızı vərəqədən sonra fikrimizi daha çox müdafiəyə yönəldi. Komandanı təbrik edirəm. Əzmkar və layiqli qələbə qazandıq. Belə epizodlar qırmızı vərəqə ilə dəyərləndirilirsə, sözüm yoxdur. İkili mübarizə idi. Futbolçu tullanırsa, harasa düşməlidir. Mən komandamın meydanda oynamasını istəyirəm. Oyun olduqca, nəticələr də olacaq. Əksi olanda isə təsadüfi qələbələrin davamını gətirmək alınmır. Futbolun özəlliyi də odur ki, epizodlar yaradırsan və dəyərləndirməyəndə rəqibə də şans verirsən” – deyə o bildirib.

E.Baxşıyev komandasının xarakter göstərdiyini və sonadək rəqibə epizod vermədiyini vurğulayıb: “Öz komandama cavabdehəm. Mən məşqçi kimi “Qəbələ”də başlamışam, burda inkişaf etmişəm. Hiss etsəm ki, gedişim kluba müsbət təsir edəcəksə, bunu özüm təklif edərəm. Biz asanlıqla təslim olan komanda deyilik. İddiamızın üstündə dayanıb sonadək mübarizə aparacağıq”.

www.yenicag.az

186
Ads
www.veteninfo.com
!Reklam – Arxiv