Baş nazir inanılmaz addım: Özündən 23 yaş kiçik modelə 16 milyon dollar verdi

Livanın Baş naziri Səid Həriri Cənubi Afrikalı model Kandise van der Merveyə təxminən 16 milyon dollar verməsi ilə gündəmdədir.

Yenicag.az xəbər verir ki, Baş nazir və model 2013-cü ildə Seyşel adalarında tanış olublar. Həmin dövrdə Həririnin 43, Mervenin isə 20 yaşı olub. Həmin ilin may ayında modelin bank hesabına 15 299 965 milyon dollar pul transfer olunub.

Cənubi Afrika rəsmiləri Kandise van der Merveyə göndərilən məbləği araşdırmağa başlayandan sonra məsələ gündəmə gəlib. Səid Həriri daha sonra Merveyə 16 milyonla əlaqədar açılan hüquqi prosesə xərcləmək üçün 1 milyon dollar göndərib. Evli və 3 uşaq atası olan Həriri sevgilisinə 250 min dollar dəyərində 2 ədəd maşın alıb. Onlardan biri “Audi R8 Spyder” modelidir.

S.Həriri milyonlarla dolları K.Merveyə göndərdiyi illərdə baş nazir olmayıb və ona dövlət fondunu mənimsəmək ittihamı irəli sürülməyib.

Qeyd edək ki, Səid Həriri təxminən 1,5 milyard dollara sahibdir. O, Livanın sui-qəsdə qurban getmiş keçmiş baş naziri, milyarder biznesmen Rafiq Həririnin oğludur. /Qaynarinfo.az/

COP29