Baş nazir istefa verir

Slovakiyada araşdırmaçı jurnalist Yan Kuçiakın qətlindən sonra ölkədəki siyasi böhran pik həddinə çatıb.

Yenicag.az xəbər verir ki, ölkədə davam edən nümayişlər və iki nazirin istefasının ardınca martın 14-də baş nazir Robert Fitso istefaya çıxmasını təklif edib.

Son günlərdə Slovakiyanın siyasi böhran içində olduğunu və növbədənkənar yeni seçkilərin xaos və qarışıqlıq yarada biləcəyini bildirən baş nazir öz vəzifəsindən istefa verməyə hazır olduğunu bəyan edib. Parlamentdə etimadsızlıq votumunu önləyən hökumət başçısı istefa verəcəyi təqdirdə, yeni baş nazirin hakim Slovakiya Sosial-Demokratlar Partiyasına (SMER) partiyası tərəfindən təklif olunması şərtini də irəli sürüb.

Qeyd edək ki, 27 yaşlı araşdırmaçı jurnalist Yan Kuçiak fevralın 25-də nişanlısı ilə birlikdə qətlə yetirilib. Həmkarları onun qətlinin İtaliyanın Ndranqeta mafiya şəbəkəsinin Slovakiyanın iri şirkətləri və hökumət dairələri ilə əlaqələrinə dair ifşaedici araşdırmaları ilə bağlı olduğunu iddia edirlər.

Fevralın 28-də Slovakiyanın mədəniyyət naziri Marek Madariç, martın 12-də isə daxili işlər naziri və nazirin müavini Robert Kalinak jurnalistin ölümünə görə tutduğu vəzifədən istefa verib.

COP29