!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazir yenidən jurnalistikaya qayıdır? - Boris Consona yazarlıq TƏKLİFİ 

!Reklam – Yazi

Böyük Britaniyanın Baş naziri Boris Conson keçmiş peşəsi olan jurnalistikaya qayıda bilər.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə gündəlik nəşr olunan Daily Mail qəzetinin iyulun 7-də Mühafizəkarlar Partiyasının liderliyindən və Baş nazir vəzifəsindən istefa verən Boris Consona köşə yazarlığı təklif etdiyi iddia edilib.

Baş nazir vəzifəsi başa çatdıqdan sonra Consonun maaşı 50 faiz azalaraq təxminən 84 min funt sterlinq olacaq. Əlavə gəlir əldə etmək üçün isə onun bu təklifi dəyərləndirəcəyi iddia edilir.

Kambervelldəki evini 1,6 milyon funt sterlinqə satışa çıxaran Conson bu təkliflə bağlı heç bir açıqlama verilməyib.

Xatırladaq ki, baş nazir olana qədər “Daily Telegraph” qəzetinin köşə yazarı kimi tanınan Conson ayda 10 saat işləməklə 275 min funt sterlinq qazanırdı.

Ölkədə Partiya lideri və Baş nazir postunun yeni sahibi sentyabrın 5-də açıqlanacaq. Bu tarixədək isə Conson vəzifəsini davam etdirəcək.

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv