!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazirdən yeni qərar

!Reklam – Yazi

artur4Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası”nın və “Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası”nın təsdiq edib.

NK-dan verilən məlumata görə, qaydalara əsasən, sualtı mədəni irs nümunələrinə öz təbii və arxeoloji mühiti ilə birgə 100 ildən çox suyun altında qalan mədəni sərvətlər- obyektlər, tikililər və onların qalıqları, artefaktlar və paleontoloji qalıqlar; gəmilər, uçuş və nəqliyyat vasitələri və ya onların hissələri, yükü və içərisindəki digər əşyalar; qədim tarixi əşyalar aiddir.

Suyun dibi ilə çəkilmiş kabellər, boru kəmərləri sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilmir.

Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekspertiza yolu ilə müəyyən edilir.

Sualtı mədəni irs nümunələrinin qorunması və bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 iyul tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”na uyğun həyata keçirilir.

Mühafizə dərəcəsi olan sualtı mədəni irs nümunələrinin istifadəçisinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən olunur.

Sualtı mədəni irs nümunələri Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edildikdənsonra onların qorunması, bərpası və istifadəsi həyata keçirilir.

Dövlət sualtı mədəni irs nümunələrindən turizm, elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradır.(trend)

www.yenicag.az

1121
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv