!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazirdən məcburi izahat: “Ərimin Rusiyada biznesi qalmayıb”

!Reklam – Yazi

Estoniyanın Baş naziri öz həyat yoldaşının biznesinə görə izahat verməli olub.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Estoniyanın Baş naziri Kaya Kallas ölkə parlamentinin Antikorrupsiya komitəsinə dəvət olunaraq sualları cavablandırıb.

Baş nazirin komitəyə çağırılmasının əsas səbəbi isə onun həyat yoldaşının hələ də Rusiyada geniş biznesə malik olması haqqında iddialardır.

Lakin Kallas bu iddiaları rədd edərək bildirib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzə başlamasından cəmi bir ay sonra həyat yoldaşının həmin ölkədəki biznes fəaliyyəti dayandırılıb.

Baş nazir komitədə həm də özünə yönəlik korrupsiya şübhələri ilə bağlı sualları cavablandırmalı olub.

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv