Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarında dəyişiklik edib.
Yenicag.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) adı dəyişdirilərək “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” olub.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısında da dəyişiklik edilib. Belə ki, TƏBİB-in elmi tədqiqat institutları sırasından B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu çıxarılıb.