!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazirdən XƏBƏRDARLIQ: “Müharibənin dondurulma təhlükəsinin olması...”

!Reklam – Yazi

“Savaşın qısa müddətdə yekunlaşdırılması imkanları çox deyil və günü-gündən azalır”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna müharibəsinin gedişini dəyərləndirən Çexiyanın Baş naziri Petr Fiala deyib.

Onun sözlərinə görə, hazırda ölkə üçün ən böyük təhlükə Rusiyanın imperiya siyasətidir:

“Ukraynada müharibənin qısa müddətdə yekunlaşdırılması imkanları çox deyil və onlar günü-gündən azalır. Ümumiyyətlə, Rusiya hərbi təcavüzünün nəticələri müxtəlifdir və onlar müəyyən mənada ölkəmizdə hiss olunan nevroz duruma da təsir edir.

Bəzi ekspertlərin fikrincə, müharibənin dalana dirənərək dondurulması ehtimalı yüksəkdir. Hesab etmirəm ki, bu bizim sadəcə kənardan müşahidə etməli olduğumuz bir ssenaridir. Lakin bu ssenarini ağlımızda saxlamalı və öz strategiyamızda onu nəzərə almalıyıq”.

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv