Nazirlər Kabineti “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərara dəyişiklik edib.
Yenicag.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qeyd olunub ki, dəyişiklik “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanının 13.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alınıb.
Bu Qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata uyğun olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrıca sətirlə nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödəniləcək.
Bu Qərar 2020-ci il yanvarın 1-dən tətbiq edilir.