Qırğız Respublikası baş nazirinin müavini Temir Cumakadırov avtomobil qəzasında həlak olub.
Yenicag.az xəbər verir ki, dövlət rəsmisinin də içində olduğu avtomobil Bişkek – Kara-Balta yolunda “KamAZ” markalı yük maşını ilə toqquşub.
Oktyabrın 7-də baş verən qəzada nazir müavini ilə yanaşı, avtomobildə olan digər iki şəxs də vəfat edib.