Kanadanın baş naziri Castin Trüdo daha bir qalmaqala imza atıb.
Yenicag.az xəbər verir ki, görünüşü ilə gənc qızları heyran edən baş nazirin qaşlarının saxta olduğu üzə çıxıb. Onun qoyma qaşları G7 zirvəsindən sonra düşüb. Trüdo bunun fərqinə varmadan jurnalistlərin qarşısına çıxıb.
Baş nazirin qaşının düşdüyü anı əks etrirən foto Tvitter sosial şəbəkəsində ən çox paylaşılanlar siyahısına düşüb. İstifadəçilər onu məsxərəyə qoyaraq Trampla “boğuşma”nın çətin keçdiyini bildiriblər.
Xatırladaq ki, Castin Trüdo qeyri-adi tərzi, rəngli corabları və sərbəstliyi ilə tez-tez sosial şəbəkənin gündəmini zəbt edir.