!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş planın TƏTBİQİ: Bakıda 122 min bina söküləcək? - AÇIQLAMA

!Reklam – Yazi

Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək. İddiaya görə, yeni Baş planda şəhərə giriş-çıxışın təmin olunması üçün əlavə yolların tikilməsi də nəzərdə tutulub.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında bildirib ki, əsas məqsədlərdən biri Bakı şəhərində kommunikasiya sistemləri və nəqliyyat infrastrukturunun yenilənməsidir:

“Əslində Bakı şəhərində 122 min deyil, 11 min yaşayış binası var. Yəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin baş planında rəqəm qeyd olunmayıb. Baş Plan hələlik işlənir, tam hazır deyil. Ümumilikdə 2, 3 və 5 mərtəbəli binaların söküntüsü ilə bağlı plan var. Hazırda bununla bağlı sahibkarlarla müzakirələr aparılır və onların verdikləri təkliflər əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxış keçirilir. Əgər təklif uyğun olarsa, icrasına icazə veriləcək. Xüsusən də torpaq sahələri əlverişlidirsə, yeni yaşayış binalarının tikintisi mümkün olacaq. Çünki yeni tikililər özbaşına inşa edilə bilməz. Müvafiq qurumların yoxlanışından sonra tikinti həyata keçirilə bilər. Onu da qeyd edim ki, Fövqəladə Hallar Nazirliyi yeni tikilən binaların hər mərtəbəsinə görə yoxlamalar aparır.

Söküləcək yaşayış binalarının yerinə yalnız yeni yaşayış binaları inşa olunacaq. Sadəcə 5 mərtəbəli bina sökülürsə, onun yerinə 12 və 16 mərtəbəli binaların tikintisi nəzərdə tutulur. Öncəliklə isə bina müvafiq torpaq sahəsində inşa olunmalıdır. Yəni təxminən 1 hektar ərazidə yalnız 16 mərtəbəli iki binanın tikintisinə icazə verilir. Binanın müvafiq parkinq yeri, sakinlərin istirahəti üçün ərazi də ayrılmalıdır. Bu baxımdan torpaq sahəsi geniş olan ərazilərdə yaşayış binaları tikilə bilər.

Gülşən Şərif

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv