!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş prokuror hökumətə qarşı: Bolqarıstanda antiRusiya sanksiyalarına necə əməl olunur?

!Reklam – Yazi

Bolqarıstanın Baş Prokurorluğu ölkə hökumətinin antiRusiya sanksiyalarını pozub-pozmadığını araşdırır.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə məlumat “Euractiv” nəşrində yayımlanıb.

Baş Prokurorluğun məsələyə dair yaydığı açıqlamada araşdırmanın tam ciddiyyətlə aparılacağı bildirilib:

“Baş Prokurorluq Nazirlər Sovetindən, həmçinin antiRusiya sanksiyaları ilə əlaqədar yaradılan Koordinasiya qrupunda təmsil olunan nazirlik və digər dövlət qurumlarından tətbiq olunan məhdudiyyətlərin pozulmamasına yönəlik həyata keçirdikləri bütün tədbirlər haqqında məlumat vermələrini tələb edir”.

Qeyd olunur ki, Bolqarıstanda sanksiyaların tətbiqinə cavabdehlik daşıyan qurum Gəlirlər üzrə Milli Agentlikdir. Ancaq maraqlıdır ki, bu Agentlik son 8 ildə heç bir şəxsə və quruma qarşı sanksiya tətbiq etməyib.

Bu isə Bolqarıstanın bir sıra dövlət qurumlarının sanksiyalardan yayınmaqda Rusiyaya yardımçı olduqları haqda şübhələrin yaranmasına səbəb olub.

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv