!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş Prokurorluq Zaqataladakı dəhşətli hadisə ilə bağlı məlumat yaydı

!Reklam – Yazi

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, martın 16-da,  saat 14 radələrində Zaqatala rayon sakini 2006-cı il təvəllüdlü Məhəmməd Ömərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş vermiş hadisə ilə bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunub və digər zəruri hərəkətlər icra edilib.

İlkin araşdırma zamanı Məhəmməd Ömərovun rayonun Muxax kəndində ərazidəki poliqon sahəsində aşkar etdiyi partlayıcı vasitənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv