!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Baş verən korrupsiya halları insanları narahat edir" - Millət vəkili bəzi qurumları SƏRT TƏNQİD ETDİ

!Reklam – Yazi

“Ortada sistemli bir dayanıqlıq var. Amma qınamaq da çətindir. Bəzi qurumlarda olan korrupsiya insanları narahat edir”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi” analitik hesabatının təqdimatı ilə bağlı keçirilən tədbirdə millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, müraciət edən insanların çoxu işsizliklə bağlı müraciət edir: “Məsələn, vətəndaş sosial yardımla bağlı müraciət edir. Amma həll olunmur. Daha sonra millət vəkili işə qarışır. Həll olunur. Bu, belə olmalı deyil.

Əhalinin müraciətlərinə baxılmalıdır. Bundan əlavə, 3 dənə qurumdan ayrı-ayrı arayış istəyirlər. Niyə? Elektron rejimə keçməlidirlər. Vətəndaş niyə yorulmalıdır?”.

Şahanə

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv